Son xəbərlər

Bəşəriyyətin gələcəyi uşaqların gözü ilə

azermarka
azermarka 1672

Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsi elan edir.

Müsabiqədə iştirak üçün çəkilmiş rəsmi poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, valideynin mobil telefon nömrəsi, “Gələcək” rəsm müsabiqəsi” qeyd edilməklə poçt vasitəsi ilə müsabiqənin Təşkilat komitəsinə (Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702. “Azərmarka” MMC) göndərmək lazımdır. Bundan başqa, iştirakçının şəxsi məlumatları və valideynin mobil telefon nömrəsi həm də rəsmin arxasında qeyd olunmaldır. Əks halda, həmin işlər müsabiqəyə buraxılmayacaq.

Rəsmlər 1 mart – 10 aprel 2019-cu il tarixlərində qəbul ediləcək. Müsabiqədə 13 yaşına qədər uşaqlar iştirak edə bilər.

Birinci yerin sahibi 300, ikinci yerin sahibi 200, üçüncü yerin sahibi 100 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılacaq. Qaliblərin rəsmlərindən poçt markaları hazırlananaraq, dövriyyəyə buraxılacaq.

Müsabiqə barədə əlavə məlumat üçün (012) 598 49 01 saylı telefon nömrəsi və info@azermarka.az elektron poçt ünvanı ilə əlaqə saxlamaq olar.