Son xəbərlər

“Gələcək” uşaq rəsm müsabiqəsinin qalibləri seçilib  

azermarka
azermarka 1402

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, gənclər və idman naziri Azad Rəhimov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “InnoFest Village”də İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, VR oyunlar, dronlarla, robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi, əyləncə zonası ilə təchiz edilmiş “Robopark” pavilyonunda olublar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən keçirilən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsinin qalibləri də “InnoFest Village”də elan edilib.

Birinci yerin qalibi 12 yaşlı Paşayev Əlcamal 300, ikinci yerin sahibləri 12 yaşlı Aşımlı Əli və 10 yaşlı Əbdurrəhimli Ziya 200, üçüncü yeri tutan 10 yaşlı Əliyeva Aylin isə 100 AZN məbləğində pul mükafatı ilə mükafatlandırılıblar.

Həmçinin, qaliblərin rəsmlərindən miniatür poçt vərəqi də hazrlanıb. Poçt vərəqi 4 markadan ibarətdir. Festival çərçivəsində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Gələcək” uşaq rəsm müsabiqəsinə həsr edilmiş Birinci gün zərfini xüsusi ştempellə möhürləyib.

Bununla da adıçəkilən markalar və Birinci gün zərfləri tədavülə buraxılıb.

Qeyd edək ki, markaları və zərfləri “Şəbəkə” xidmət mərkəzlərində, Bakı Kitab Mərkəzində və “Azərmarka”nın satış məntəqələrində əldə etmək olar.