Latest news

“Azərpoçt” MMC tərəfindən “Dovşan ili” adlı poçt markası dövriyyəyə buraxılıb.

azermarka
azermarka 248

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Dovşan ili” adlı poçt markası dövriyyəyə buraxılıb.

 

Buraxılış 8 markadan və 1 kupondan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

 

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.