Poçt markaları

Avropa-2020. Qədim poçt marşrutları

Dövriyyəyə buraxıldığı tarix: 28.07.2020
Kataloq №: 1680-1682
Vərəqin ölçüsü: 190x165 mm
Blokun ölçüsü: 110x60 mm
Markaların ölçüsü: 45х45 mm (blokda), 40х46,5 mm (kiçik vərəqlərdə)
Tiraj: 50 000 ədəd blok, hər vərəqdən 10 000 ədəd
Perforasiya: çərçivəli, 13¼ :13½ (blokda, aşağı hissə dişsiz); darağabənzər, 13:13¼ (kiçik vərəqlərdə)
Rəssam: Vüqar Əyyubov
Çap olunub: Cartor Security Printing CSP, Fransa

Bir markadan ibarət blok və hər biri 12 (4x3) markadan ibarət 2 kiçik vərəq.

1680. 1,5 manat. At belində qasid təsviri.

1681. 0,5 manat. Ön planda at belində çapan qasid. Arxa planda xəritə üzərində Bakı, Şamaxı və Təbriz şəhərləri qeyd olunub.

1682. 0,6 manat. Ön planda at belində çapan qasid. Arxa planda xəritə üzərində Dərbənd, Şamaxı, Naxçıvan, Gəncə və İrəvan şəhərləri qeyd olunub.

azermarka