Son xəbərlər
Bakıda keçirilən “Poçt Liderləri Forumu” bu gündən öz işinə başlayıb.
Bu gündən etibarən üç gün ərzində Bakı şəhəri Ümumdünya Poçt İttifaqının təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt”un dəstəyi ilə “Poçt Liderləri Forumu”na ev sahibliyi edir.
“Avropa və MDB Poçt Liderlərinin I Forumu”na həsr olunmuş poçt markası buraxılıb
Bu xatirə poçt markasında əks olunan bütün təsvirlər Bakı şəhərini xarakterizə edən elementlərin fonunda təqdim olunub.
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
Mayın 13-15-də Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək. Tədbiri Ümumdünya Poçt İttifaqı (ÜPİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edəcək.
Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib
Qərbi Azərbaycan İcmasının təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərpoçt” MMC-nin dəstəyi ilə Qərbi Azərbaycanın tarixini əks etdirən silsilə markalar buraxılıb.
COP 29 çərçivəsində "Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə" yan tədbiri təşkil olunub
Tədbirdə “Azərpoçt” MMC tərəfindən COP 29-a həsr olunmuş və COP 29-un missiyasına sadiq qalaraq yüz faiz təkrar emal olunmuş kağızdan hazırlanmış COP29 markası da tədbir iştirakçıları tərəfindən möhürlənib
“Azərpoçt” regionda təkrar emal olunmuş materiallardan marka buraxan ilk poçt təşkilatı oldu
Ölkənin milli poçt operatoru davamlı inkişaf sahəsində mühüm addım atıb. Belə ki, “Azərpoçt” regionda ilk təşkilatdır ki, təkrar emal olunmuş materiallardan poçt markalarının buraxılmasına başlayıb
"Azərpoçt” MMC Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi arasında fəaliyyətlərinin 10 illiyi münasibətilə marka buraxılışını həyata keçirib.
Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi arasında fəaliyyətlərinin 10 illiyi münasibətilə tədbir keçirilib.
Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub
“Avropa 2024” poçt markaları müsabiqəsində ölkəmizi təmsil edən “Azərpoçt” MMC-nin təqdim etdiyi “Mavi balina” markası 3-cü yeri tutub.
Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib
20 sentyabr 2024-cü il tarixində “Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib.
“Azərpoçt” MMC “Əsrin müqaviləsi"nin 30-cu ildönümünə həsr olunan markalar buraxıb.
Əsrin müqaviləsi"nin 30-cu ildönümü münasibətlə "Azərpoçt" tərəfindən 6 növdə poçt bloku hazırlanaraq dövriyyəyə buraxılıb