UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi
Dövriyyəyə buraxıldığı tarix: 30.12.2019
Kataloq №: 1657
Nominal: 1.50 M
Blokun ölçüsü: 100х79 mm
Markaların ölçüsü: 52х37 mm
Tiraj: 5 000 ədəd blok
Perforasiya: çərçivəli, 13:13 ½
Rəssam: Vüqar Əyyubov
Çap olunub:: Bobruisk Integrated Printing House, Bobruysk şəhəri, Belarus
Satış qiyməti: M
Bir markadan ibarət blok. Blokun fonunda döşəməsinə Azərbaycan xalçası sərilmiş, bir divarında milli naxışlar, digər divarında şəbəkə olan otaq təsvir olunub. Divarın giriş qapısının yeri “5”, qapının özü “2” rəqəmi formasındadır ki, nəticədə açıq vəziyyətdə qapı “25” rəqəmi formasını almış olur. Qapıdan YUNESKO‑nun Ümumdünya irsi siyahısına salınmış obyektlər – Eyfel qülləsi, Piza qülləsi, İsa Məsihin Rio de Janeyrodakı heykəli, Moai daş heykəlləri, Xeops ehramı, Himeci qəsri, Tac-Mahal kompleksi və Biq-Ben saat qülləsi təsvir olunub. Açıq qapıdan otaqdakı Azərbaycanın milli-mədəni irs nümunələrinin (saz, mis səhəng və s.) üzərinə işıq düşür.