Poçt markaları

31-ci Beynəlxalq İnformatika Olimpiadası

Dövriyyəyə buraxıldığı tarix: 10.08.2019
Kataloq №: 1552
Nominal: 1.50 M
Blokun ölçüsü: 75x95 mm
Markaların ölçüsü: 37x52 mm
Tiraj: 5 000 blok
Perforasiya: çərçivəli, 13:13½
Dizayner: Nəriman Məmmədzadə
Çap olunub: Bobruisk Integrated Printing House, Bobruysk şəhəri, Belarus

Bir markadan ibarət blok.

Marka üzərində 4-11 avqust tarixlərində Bakıda keçirilmiş 31-ci Beynəlxalq İnformatika Olimpiadasının loqosu təsvir olunub. Blokun sahələrində müxtəlif illərdə keçirilmiş Beynəlxalq İnformatika Olimpiadalarının loqoları yerləşdirilib.

azermarka