Latest news

“Azərpoçt” MMC tərəfindən “Novruz bayramı” adlı poçt markası dövriyyəyə buraxılıb.

azermarka
azermarka134

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Novruz bayramı” adlı poçt markası dövriyyəyə buraxılıb.

 

Buraxılış 4 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 10 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

 
Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.
 
Şəkildə göstərilən Novruz markasının üzərində əks olunan Qoğal, Paxlava, Şəkərçörəyi və Şəkərbura kimi özünəməxsus təamlar bu bayramın simvolları hesab edilir. Bayrama məxsus simvollardan biridə Səmənidir. Səməni yetişdirmək həm də yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.