Latest news

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Türkiyə tərəfindən hazırlanan poçt markası “TEKNOFEST”də təqdim olunub

azermarka
azermarka120

Türkiyənin Poçt və Teleqraf Təşkilatı - PTT Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxır.

Aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türkiyə tərəfindən hazırlanan xatirə poçt markasını və Birinci gün zərfini hədiyyə edib.