Son xəbərlər

Ümumdünya Poçt İttifaqı Zərifə xanım Əliyevanın nailiyyətlərini yüksək qiymətləndirib.

azermarka
azermarka19

2024-cü ilin mart ayında Ümumdünya Poçt İttifaqı (ÜPİ) ilk dəfə olaraq #WomenHistoryMonth və #SheStamps kampaniyasına start verib. Kampaniya çərçivəsində dünya üzrə məşhur və dahi qadınlara həsr olunmuş filateliya məhsulları təqdim olunur.

ÜPİ-nin növbəti buraxılışı görkəmli oftalmoloq-alim, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevaya həsr olunub.

ÜPİ-nin rəsmi səhifələrində dərc olunmuş paylaşımda Azərbaycanda oftalmologiya sahəsinin inkişafına mühüm töhfə vermiş görkəmli oftalmoloq-alimin peşəkar fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Kampaniyada istifadə olunmuş poçt markası 2018-ci ildə buraxılıb və Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunub.