“Tofiq Bəhramov 100 il”
Dövriyyəyə buraxıldığı tarix: 29.01.2025
Kataloq №: 1989-1991
Vərəqin ölçüsü: 180x120 mm
Markaların ölçüsü: 48,75x38,15 mm
Tiraj: 3000
Perforasiya: çərçivəli, 11 1/2
Vərəqin ölçüsü: 180x120 mm
Rəssam: Orxan Qarayev
Çap olunub:: Bpost Stamps Production, Mechelen şəhəri, Belçika
Satış qiyməti: M
Tofiq Bəhramov (1925-1993) məşhur Azərbaycan futbol hakimi və idman xadimi idi. O, 1966-cı il futbol üzrə dünya çempionatının finalında (İngiltərə – Almaniya) yan xətt hakimi kimi verdiyi qərarla dünya futbol tarixinə düşüb. Həmin oyunda onun qapı xəttini keçdiyini təsdiqlədiyi mübahisəli qol İngiltərənin qələbəsinə səbəb olub.
Tofiq Bəhramov SSRİ dövründə uzun illər hakimlik edib və FIFA referisi olub. O, həmçinin Azərbaycan Futbol Federasiyasının baş katibi vəzifəsində çalışıb. Onun şərəfinə Bakıdakı əsas stadion – Tofiq Bəhramov adına Respublika Stadionu adlandırılıb.