Poçt markaları

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi

Dövriyyəyə buraxıldığı tarix: 30.12.2019
Kataloq №: 1657
Nominal: 1.50 M
Blokun ölçüsü: 100х79 mm
Markaların ölçüsü: 52х37 mm
Tiraj: 5 000 ədəd blok
Perforasiya: çərçivəli, 13:13 ½
Rəssam: Vüqar Əyyubov
Çap olunub:: Bobruisk Integrated Printing House, Bobruysk şəhəri, Belarus

Bir markadan ibarət blok. Blokun fo­nunda döşəməsinə Azərbaycan xalçası sə­rilmiş, bir divarında milli naxışlar, digər di­va­rında şəbəkə olan otaq təsvir olunub. Di­va­rın giriş qapısının yeri “5”, qapının özü “2” rəqəmi formasındadır ki, nəticədə açıq və­ziy­yətdə qapı “25” rə­­qə­mi formasını almış olur. Qapıdan YUNESKO‑nun Ümumdünya irsi si­yahısına salınmış obyektlər – Eyfel qülləsi, Piza qülləsi, İsa Məsihin Rio de Janeyrodakı heykəli, Moai daş heykəlləri, Xeops ehramı, Himeci qəsri, Tac-Mahal kompleksi və Biq-Ben saat qülləsi təsvir olunub. Açıq qapıdan otaqdakı Azərbaycanın milli-mədəni irs nümunələrinin (saz, mis səhəng və s.) üzərinə işıq düşür.