Son xəbərlər

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının möhürlənməsi mərasimi keçirilib

azermarka
azermarka 216

“Gülüstan” sarayında Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbir çərçivəsində “Heydər Əliyev İli” ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi olub. “Birinci gün” zərfləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən möhürlənib.

Sonda konfrans iştirakçılarına poçt markalarının əks olunduğu hədiyyə çərçivələri təqdim olunub.