Son xəbərlər

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunan poçt markalarının möhürlənmə mərasimi keçirilib

azermarka
azermarka 221

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunan poçt markalarının möhürlənmə mərasimi keçirilib
Mərasim Heydər Əliyev Mərkəzində baş tutub.
 
Markaları Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov və Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri imzalayıblar.
Möhürlənmə mərasimindən sonra Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov və Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri, IAF-ın icraçı direktoru Kristian Faytinger Azərbaycanın poçt markaları nümunələri ilə tanış olublar.
 
Sonda IAF-ın prezidenti Kley Mouri və təşkilatın icraçı direktoru Kristian Faytinger marka olan zərfə imza atıblar.
 
Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarusun Bobruysk şəhərində iki növ blok olmaqla, hər biri 5 000 ədəd tirajla çap edilib. Buraxılış üzrə hər bir blok 4 marka, ümumilikdə isə 8 markadan ibarət kiçik vərəqlər şəklindədir.