Poçt markaları

Azərbaycan-Türkiyə birgə buraxılışı. Bakı-Tbilisi-Qars dəmir yolu

Dövriyyəyə buraxıldığı tarix: 30.10.2017
Kataloq №: 1321
Nominal: 1.50 M
Blokun ölçüsü: 114x75 mm
Markaların ölçüsü: 77x39 mm
Tiraj: 10 000 blok
Perforasiya: çərçivəli, 13
Çap olunub: PTT, Ankara, Türkiyə

Bir markadan ibarət blok. Blokun üzərində qrafik şəkildə Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət sərhədləri təsvir olunub. Müvafiq olaraq, Bakı, Tbilisi və Qars şəhərlərindəki memarlıq abidələrinin təsvirlərindən ibarət kollajlar, həmin şəhərlərin üzərində dairə içərisində aid olduğu dövlətin bayrağı yerləşdirlib. Bundan başqa, blokun üzərində qatar və Qarsdan Bakıya uzanan dəmir yolu əks olunub.

azermarka